Pulunu qızıla və dollara yatıranlara XƏBƏRDARLIQ

Pulunu qızıla və dollara yatıranlara XƏBƏRDARLIQ

Hazırda oxunan: Pulunu qızıla və dollara yatıranlara XƏBƏRDARLIQ
599437
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-la İsrailin İrana qarşı başladığı müharibə fonunda dünya bazarlarında kəskin dalğalanmalar baş verir. Bu fonda qiymətlər anormal şəkildə dəyişir. Qızılın qiyməti artır-azalır.

Son məlumatlara görə, martın 2-də bir troya unsiya üçün qızıl qiyməti erkən saatlarda 5 393 dollara yüksəlib. Sonradan qiymətdə kiçicik azalma baş verib-5 363 dollar. Martın 3-də bir troya unsiyası üçün qızılın qiymət 5 350–5 370 dollar civarında olub.

Neftin qiyməti isə son 8 ayda ilk dəfə olaraq 81 dollar həddini keçərək, 81,79 dollar olub. Qısa müddətdən sonra isə qiymət 79,4 dollara düşüb.

Neftin bahalaşması fonunda isə dolların və avronun ucuzlaşması proqnozlaşdırılır.

Belə vəziyyətdə ən ideal yatırım hansıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Yaxın Şərqdə müharibə və geosiyasi gərginliklər adətən bazarlarda qeyri-müəyyənliyi artırır:

“Belə dövrlərdə investorlar daha təhlükəsiz hesab edilən aktivlərə yönəlirlər. Məsələn, qızıl tarixən risklər artanda “təhlükəsiz liman” kimi seçilir və qiyməti tez-tez yüksəlir. Neft isə regiondakı hadisələrdən birbaşa təsirləndiyi üçün kəskin dalğalanmalar göstərə bilir. Valyutalar da bu prosesdən asılı olaraq dəyişir və proqnozlar həmişə dəqiq olmur”.

İqtisadçı hesab edir ki, belə vəziyyətdə “ən ideal” tək bir yatırım olmur və ən sağlam yanaşma riski bölüşdürməkdir:

“Yəni vəsaiti yalnız bir alətə qoymaq əvəzinə, qızıl, sabit valyutalar, depozitlər və ya uzunmüddətli perspektivli səhmlər kimi fərqli aktivlər arasında paylaşma daha məntiqli sayılır. Bu, bazardakı kəskin dəyişikliklərin təsirini azaltmağa kömək edir”.

Nəsirli qeyd edib ki, mövcud vəziyyətdə qısa müddətli qazanc dalınca qaçmaq əvəzinə uzunmüddətli və sabit strategiya seçmək daha təhlükəsizdir:

“İnflyasiya, şəxsi maliyyə vəziyyəti və riskə dözümlülük də qərar verərkən nəzərə alınmalıdır. Əgər böyük məbləğdən söhbət gedirsə, peşəkar maliyyə məsləhətçisi ilə məsləhətləşmək daha doğru olar”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO