Faiq Qarayev: “Rusiya və Türkiyənin voleybolla bağlı inkişaf modelləri bizə uyğun deyil”

Faiq Qarayev: “Rusiya və Türkiyənin voleybolla bağlı inkişaf modelləri bizə uyğun deyil”

Hazırda oxunan: Faiq Qarayev: “Rusiya və Türkiyənin voleybolla bağlı inkişaf modelləri bizə uyğun deyil”
596757
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Biz hər hansı ölkənin voleybolla bağlı inkişaf modelini seçməmişik. Bizim özümüzün inkişaf proqramımız var və onu tətbiq etmək istəyirik”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev deyib.

Onun sözlərinə görə, qonşu ölkələrin inkişaf modeli də bizim voleybola uyğun deyil:

“Qonşu ölkələrimiz Rusiya və Türkiyənin də inkişaf modelləri də bizə uyğun deyil. Çünki onlar daha çox məşhur legionerləri gətirməklə klubları inkişaf etdiriblər. Bizim belə imkanımız yoxdur. Biz öz inkişaf modelimizi yaratmalıyıq. Çalışmalıyıq ki, klubların sayı çoxalsın.

Eləcə də gənc voleybolçuların inkişaf etməsinə şərait yaratmalıyıq. Çalışmalıyıq ki, klublarımızın maddi imkanları çoxalsın. Misal üçün Türkiyədə klubların büdcələri 10-15 milyondur. Ölkədə çoxlu klublar var, istər superliqada, istər aşağı liqalarda olsun. Biz hələ ki, belə model qura bilmərik. Ona görə də biz öz modelimizi qururuq ki, yeni, gənc oyunçular hesabına voleybolumuzu inkişaf etdirək”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO