Onların da müalicəsi dövlət hesabına APARILACAQ

Onların da müalicəsi dövlət hesabına APARILACAQ

Hazırda oxunan: Onların da müalicəsi dövlət hesabına APARILACAQ
594066
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda daimi yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə təxirəsalınmaz onkoloji yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına göstəriləcək.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişiklik layihəsində əksini tapıb.
 

Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin onkoloji müəssisələrdə müayinə və müalicəsi ödənişli əsaslarla həyata keçirilir, onlara təxirəsalınmaz onkoloji yardım isə ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına göstəriləcək.


Həmçinin, “Onkoloji yardım haqqında” qanuna da eyni məzmunda dəyişiklik təklif edilib. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO