Son üç ildə “AzerGold”a ardıcıl maliyyə sanksiyaları tətbiq edilib - STATİSTİKA

Son üç ildə “AzerGold”a ardıcıl maliyyə sanksiyaları tətbiq edilib - STATİSTİKA

Hazırda oxunan: Son üç ildə “AzerGold”a ardıcıl maliyyə sanksiyaları tətbiq edilib - STATİSTİKA
577902
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“AzerGold” QSC-yə indiyədək vergi öhdəlikləri üzrə tətbiq edilən maliyyə sanksiyaları açıqlanıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı qtisadiyyat.az Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri bazasından məlumat əldə edib.
 

Məlumata görə, QSC-yə qarşı maliyyə sanksiyaları Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə tətbiq edilib.


Belə ki, 2017-ci il üzrə 1 hal üzrə ümumilikdə 40 manat, 2018-ci il üzrə 2 hal üzrə ümumilikdə 80 manat, 2022-cu il üzrə 1 hal üzrə ümumilikdə 2000 manat, 2023-ci il üzrə 2 hal üzrə ümumilikdə 2040 manat, 2024-cü il üzrə 1 hal üzrə ümumilikdə 6000 manat maliyyə sanksiyası tətbiq edilib.

Əvvəlki illərdən nəticə çıxaran QSC-yə qarşı hələ ki heç bir maliyyə sanksiyası tətbiq edilməyib.

Xatırladaq ki, “AzerGold” QSC 2015-ci ildə təsis edilib, 5 iyul 2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb. QSC-nin İdarə Heyətinin sədri və qanuni təmsilçisi Zakir İbrahimovdur. Nizamnamə kapitalı isə 278,3 milyon manat təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO