Amerikalılara TÖVSİYƏ: Rusiyaya səfər etməyin

Hazırda oxunan: Amerikalılara TÖVSİYƏ: Rusiyaya səfər etməyin

56859

ABŞ Dövlət Departamenti amerikalılara Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyaya səfərdən imtina etməyi tövsiyə edib. 

Bizim.Media xəbər verir ki, bu barədə idarənin saytında məlumat yayılıb.

"Ukrayna ilə sərhəddə davam edən gərginliyə görə Rusiyaya daxil olmayın", - mesajda deyilir. 

Həmçinin bildirilir ki, Rusiya Federasiyasında “ABŞ vətəndaşlarına qarşı mümkün təqiblər” təhlükəsi mövcuddur. 

“COVID-19 məhdudiyyətlərinə görə səfirliyin ABŞ vətəndaşlarına kömək etmək imkanı məhduddur”. "Rosbalt" Dövlət Departamentinin dediklərindən sitat gətirib.

Qeyd olunur ki, “Rusiya Federasiyasında olan və ya bu ölkəyə səfər etməyi düşünən vətəndaşlar bilməlidirlər ki, sərhəddə vəziyyət arzuolunmazdır və gərginlik xeyli artıb”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO