Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTO

Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTO

Hazırda oxunan: Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTO
636187
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Maykl Ceksonun anasına məxsus 1984-cü il istehsalı "Rolls-Royce Silver Spur" avtomobili "Monza Car" hərracında satışa çıxarılıb.

Bizim.Media RBK-ya istinadən xəbər verir ki, satıcı avtomobilin 1984-cü ildə əfsanəvi musiqiçi və onun qardaş-bacıları tərəfindən Analar Günü münasibətilə hədiyyə olaraq alındığını bildirib. 

Avtomobilin hazırkı sahibi onu 1999-cu ildə əldə edib və maşının əla vəziyyətdə olduğunu iddia edir.

Söhbət 6,75 litrlik benzin V8 mühərriki və avtomat sürət qutusu ilə təchiz olunmuş uzunbazalı "Silver Spur" sedanından gedir. Avtomobilin yürüşü 73 274 mil (təxminən 118 min km) təşkil edir. Banı bej rəngdə olan maşının salonu da açıq tonlarda işlənilib.

Avtomobillə birlikdə lotun tərkibində "BWLYM" nömrə nişanı da təqdim olunur. Satıcının sözlərinə görə, bu hərflər "Because We Love You Mother" ("Çünki biz səni sevirik, ana") ifadəsinin abreviaturasıdır. Həmçinin "Rolls-Royce"a avtomobilin tarixini təsdiqləyən orijinal sənədlər də əlavə edilir.

Qeyd edək ki, həmin avtomobil artıq 2025-ci ilin dekabrında "Cars & Bids" hərracında satışa çıxarılmışdı. O zaman təkliflər 10 500 dollar həddində dayansa da, satıcının gözlədiyi minimum rezerv qiymətə çatmadığı üçün satış tutmamışdı.

Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTO - foto 1
Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTO - foto 2
Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTO - foto 3

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO