2 % ərazi qarşılığında yarım milyon əsgər ölüb – Rusiyanın itkiləri...

2 % ərazi qarşılığında yarım milyon əsgər ölüb – Rusiyanın itkiləri...

Hazırda oxunan: 2 % ərazi qarşılığında yarım milyon əsgər ölüb – Rusiyanın itkiləri...
636176
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan bəri 500 minə yaxın Rusiya hərbçisi həlak olub, yaralılar da nəzərə alınmaqla ümumi itkilərin sayı isə 1,5 milyon nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Sky News“ Britaniya hərbi kəşfiyyatının məlumatlarına istinadən xəbər verir.

Britaniya tərəfinin qiymətləndirməsinə görə, Rusiya ordusu bu itkilərin böyük əksəriyyətini 2023-cü ilin yanvarından sonra verib. Eyni dövrdə Rusiya qüvvələrinin Ukrayna ərazisinin əlavə 2%-ni nəzarətə götürdüyü bildirilir.

Böyük Britaniya Müdafiə Qərargahının rəisi, aviasiya marşalı Riçard Nayton bildirib ki, bu rəqəmlər əldə olunan ərazi irəliləyişi ilə müqayisədə insan itkilərinin miqyasını göstərir.

“Yarım milyon ölən o deməkdir ki, Rusiya boyunca eyni sayda ailə bir daha öz valideynlərini, oğullarını, qardaşlarını və həyat yoldaşlarını görməyəcək”, – Nayton bildirib.

Rusiya tərəfi Britaniya kəşfiyyatının açıqladığı bu rəqəmləri təsdiqləməyib. (apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO