Göyçayda “Narçılığın İnkişaf Perspektivləri və Yeni Çağırışlar” mövzusunda görüş keçirildi – FOTO

Göyçayda “Narçılığın İnkişaf Perspektivləri və Yeni Çağırışlar” mövzusunda görüş keçirildi – FOTO

Hazırda oxunan: Göyçayda “Narçılığın İnkişaf Perspektivləri və Yeni Çağırışlar” mövzusunda görüş keçirildi – FOTO

636253

9 sentyabr 2026-cı il tarixində Göyçay rayon Heydər Əliyev Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) təşkilatçılığı ilə “Narçılığın İnkişaf Perspektivləri və Yeni Çağırışlar” mövzusunda geniş tərkibli görüş keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Fərhad Qaraşov sosial şəbəkə hesabında məlumat verib.
 

ANİİA-nın 10 illiyi çərçivəsində təşkil olunan görüşdə Mərkəzi Aran, Mil-Muğan, Şirvan iqtisadi rayonları və ətraf bölgələrdən 150-dən çox fermer, istehsalçı, emalçı, sahibkar və Assosiasiya üzvü iştirak edib. Həmçinin narçılığın inkişafına və Assosiasiyanın fəaliyyətinə davamlı dəstək və töhfə göstərən bir sıra şəxslər “Azərbaycan Narı” döş nişanı ilə təltif olunublar.


Dövlət–özəl tərəfdaşlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan görüşdə Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti strukturlarının nümayəndələri ilə narçılığın mövcud vəziyyəti və inkişaf perspektivləri, fermerlərin qarşılaşdığı çətinliklər, ixrac imkanlarının və coğrafiyasının genişləndirilməsi, yeni Dövlət Proqramı və aqrar subsidiya mexanizmləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

“Xüsusi qürur hissi ilə qeyd edirəm ki, görüşdə ilk dəfə doğma Qarabağımızda iri narçılıq təsərrüfatlarının yaradılmasına başlamış şirkətlərin nümayəndələri də iştirak edirdilər.Göstərilən dəstəyə görə Kənd Təsərrüfatı Nazirliyinə və bütün iştirakçılara təşəkkür edir, narçılarımıza bol, məhsuldar və uğurlu mövsüm arzulayırıq!” – Fərhad Qaraşov qeyd edib.






































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO