Hikmət Hacıyev erməni saxtakarlığını belə ifşa etdi – VİDEO

Hikmət Hacıyev erməni saxtakarlığını belə ifşa etdi – VİDEO

Hazırda oxunan: Hikmət Hacıyev erməni saxtakarlığını belə ifşa etdi – VİDEO
636236
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Diplomatik korpusun nümayəndələri Qarabağa səfərlərinin ikinci günündə Azərbaycaycanın Ağdərə rayonunda yerləşən erməni vandalizminə məruz qalmış, Qafqaz Albaniyasının dini və mədəni mərkəzlərindən biri Gəncəsər Monastır Kompleksini ziyarət ediblər.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev nümayəndələrə tarixi monastrıın erməni işğalında olduğu müddətdə saxtakarlığa məruz qalmasını və memarlıq üslubunun qəsdən dəyişdirilməsi nəticəsində dəyən zərəri təqdim edib. 

Prezidentin köməkçisi işğal müddətində monastrda ermənilərin qədim kitablarının sərgisi kimi təqdim olunan və xüsusi şəkildə mühafizə edilən kitabların saxta olduğunu nümayiş etdirib.

H.Hacıyev kitablarda sadəcə görünən bir səhifədə mətn və rəsm olduğunu, digər səhifələrin boş olduğunu kitabı vərəqləyərək təqdim edib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO