Maaş artımı istəyənlər üçün KONKRET TARİX açıqlandı – Sentyabrın uğurlu və riskli günləri

Maaş artımı istəyənlər üçün KONKRET TARİX açıqlandı – Sentyabrın uğurlu və riskli günləri

Hazırda oxunan: Maaş artımı istəyənlər üçün KONKRET TARİX açıqlandı – Sentyabrın uğurlu və riskli günləri

636252

Sentyabr ayında hansı günlərin ən yaxşı imkanlar yaratdığını, eləcə də nə vaxt tələsməməyin və risklərdən qaçmağın daha məqsədəuyğun olduğu bəlli oldu.

Bizim.Media xəbər verir ki, əgər yeni layihəyə başlamağı, iş müsahibəsinə getməyi və ya romantik görüşə çıxmağı planlaşdırırsınızsa, sentyabr ayı üçün bu təqvimi çıxarıb əl altında saxlayın:

14 sentyabr – fəaliyyət günü. Konkret addımlar atmaq üçün əlverişli vaxtdır: satışlara başlamaq, müştərilərlə əlaqə saxlamaq, danışıqlar aparmaq, rəhbərlikdən maaş artımı xahiş etmək etmək fürsəti daşıyır.

21 sentyabr – ayın ən yaxşı günlərindən biridir; bu tarixdə Merkuri Yupiterlə ahəngdar aspekt yaradır. Maliyyə, müqavilələr, reklam və tərəfdaşlıq məsələlərini müzakirə etmək üçün əla vaxtdır.

22 sentyabr – gələcəyi, ortaq planları və münasibətlərlə bağlı gözləntiləri müzakirə etmək üçün yaxşı vaxtdır.
 

Xüsusi qeyd: sevgi məsələlərində 12,15 və 18 sentyabrdan uzaq durun: Venera və Pluton arasındakı kvadrat aspekti qısqanclığı, təkrarlanan saplantılı düşüncələri, manipulyasiyanı gücləndirə bilər.


23 sentyabr – Payız gecə-gündüz bərabərliyi. Dərin təmizlik, yarımçıq işləri tamamlamaq və yeni mövsümə rəmzi keçid etmək üçün yaxşı tarixdir.

24 sentyabr – Günəşin Tərəzi bürcünə daxil olmasından sonra münasibətlərinizdəki tarazlığı yenidən qiymətləndirmək üçün əlverişli vaxtdır.

25 sentyabr – qarışıqlıq, sərtlik və ya emosionallıq baxımından risklidir.

26 sentyabr – Dolunay olacaq. İşləri yekunlaşdırmaq; incikliklərdən, köhnə əlaqələrdən, emosional bağlılıqlardan azad olmaq üçün yaxşı gündür.

28 sentyabr – cəsarətli qərarlar üçün uğurlu gündür.

29 sentyabr – Standartlardan kənara çıxmaq üçün əla gündür. Eksperimental, yeni formatlar böyük uğur qazandıra bilər. Kurslara başlamaq üçün də əlverişlidir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO