Hikmət Hacıyev: “Gəncəsər və Xudavəng qədim Qafqaz Albaniyasının xristian irsinin ayrılmaz hissəsidir” – VİDEO

Hikmət Hacıyev: “Gəncəsər və Xudavəng qədim Qafqaz Albaniyasının xristian irsinin ayrılmaz hissəsidir” – VİDEO

Hazırda oxunan: Hikmət Hacıyev: “Gəncəsər və Xudavəng qədim Qafqaz Albaniyasının xristian irsinin ayrılmaz hissəsidir” – VİDEO

636228

Azərbaycan Prezidentinin köməkçisi – Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə ziyarət etdikləri Gəncəsər və Xudavəng kilsələrindən video paylaşıb.

Bizim.Media xəbər verir ki, Prezidentin köməkçisi Gəncəsər və Xudavəng kilsələrinin qədim Qafqaz Albaniyasının xristian irsinin ayrılmaz hissəsi olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Gəncəsər kilsəsi XIII əsrdə Qafqaz Albaniyasının hökmdarı Həsən Cəlal tərəfindən inşa etdirilib və Qafqaz Albaniyasının əsrlər boyu formalaşmış xristian irsinin mühüm nümunələrindən biridir.

Hikmət Hacıyev qeyd edib ki, işğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb, nəticədə onların memarlıq autentikliyi və ilkin xarakteri zədələnib.

“Azərbaycan ərazisində yerləşən hər bir tarixi, mədəni və dini abidə, mənşəyindən və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin zəngin mədəni irsinin ayrılmaz hissəsidir. Azərbaycan dövləti bu abidələrin qorunması, mühafizəsi və bərpasına sadiqdir”, – deyə Hikmət Hacıyev vurğulayıb.

Prezidentin köməkçisi Azərbaycanın multikultural və çoxkonfessiyalı irsinin qorunması sahəsində təcrübəsinin beynəlxalq səviyyədə tanındığını bildirib.

“Biz bu təcrübəni digər ölkələrlə, o cümlədən qonşularımızla bölüşməyə hazırıq”, – Hikmət Hacıyev deyib.

O, bu məsələ ilə bağlı saxta xəbərlər və yanlış narrativlər yayan media qurumlarını da tarixi abidələri yerində ziyarət etməyə və reallığı öz gözləri ilə görməyə çağırıb.

“Görmək inanmaqdır”, – deyə Hikmət Hacıyev qeyd edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO