ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”

ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”

Hazırda oxunan: ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”

636172

ABŞ-də kritik əhəmiyyətli sursat ehtiyatları tarixdə ən aşağı səviyyəyə düşüb. 
 

Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Nəşrin məlumatına görə, ABŞ vitse-prezidenti Cey Di Vens yaz və yay aylarında Yaxın Şərq, Avropa və Asiyada yerləşən amerikalı zabitlərlə şəxsən görüşüb. O, qoşunların silah-sursat ehtiyatları və Yaxın Şərqə silah tədarükünün ABŞ ordusunun Çin, Rusiya və Şimali Koreyanı çəkindirmək imkanlarına necə təsir göstərəcəyi ilə bağlı hərbçilərin real qiymətləndirmələrini dinləyib.
 

Nəşr yazır ki, ekspertləri ən çox “Patriot” hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan raketlərin tükənməsi narahat edib. Yazın sonuna olan məlumata görə, hərbi əməliyyatların getdiyi məkanlardan birində 100-dən az belə raket qalıb. 


Bundan əlavə, ABŞ ordusunun taktiki raket kompleksləri və onları əvəz etməli olan yüksək dəqiqlikli zərbə raketlərinin ehtiyatlarının da azaldığı bildirilir. Məqalədə qeyd olunub ki, kritik əhəmiyyətli sursat ehtiyatları ABŞ tarixində ən aşağı səviyyəyə düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO