Azərbaycan Prezidentinin köməkçisi – Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Həsən Cəlal Dövlənin nəslindən olan Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib.
Bizim.Media xəbər verir ki, o, paylaşımda Həsən Cəlal Allahverdi bəy barədə məlumat verib.
Hikmət Hacıyev bildirib ki, XX əsrin əvvəllərinədək bu nəslin nümayəndələri Qafqaz Albaniyasının hökmdarı və Gəncəsər monastırının banisi Həsən Cəlal Dövlənin adını daşıyıb və öz şanlı əcdadlarının adını nəsildən-nəslə ötürüblər:
“Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsi əsrlər boyu davam edən tarixi varisliyin və əcdad yaddaşının maddi sübutu kimi xüsusi əhəmiyyət daşıyır”.
Hikmət Hacıyev qeyd edib ki, abidə nəsillər arasında tarixi bağlılığın və irsin qorunub saxlanılmasının real, maddi ifadəsidir.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:57 / 12.09.2026
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım etdi – FOTO
Hazırda oxunan: Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım etdi – FOTO
Hazırda oxunan: Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım etdi – FOTO
636231
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































