Vətəni üçün döyüşdü, nazir oldu, "xəyanət"ə görə həbs edildi - Qonşu ölkədə böyük QALMAQAL

Vətəni üçün döyüşdü, nazir oldu, "xəyanət"ə görə həbs edildi - Qonşu ölkədə böyük QALMAQAL

Hazırda oxunan: Vətəni üçün döyüşdü, nazir oldu, "xəyanət"ə görə həbs edildi - Qonşu ölkədə böyük QALMAQAL

636207

Gürcüstanda sabiq baş nazir müavini və keçmiş yüksək vəzifəli məmur Giorgi Baramidze dövlətə xəyanət, konkret olaraq sabotaj ittihamı ilə saxlanılıb.

Bizim.Media “musavat.com”a istinadən xəbər verir ki, onun həbsi 1992-1993-cü illərdə Abxaziyada gedən müharibə ilə bağlı verdiyi açıqlamadan sonra başlanmış cinayət işi ilə əlaqələndirilir.
 

Gürcüstan Baş Prokurorluğunun məlumatına görə, Baramidze məhkəmə qərarı əsasında saxlanılıb. İttiham sübuta yetirilərsə, onu 4 ilədək həbs cəzası gözləyə bilər.


İşin əsasını Baramidzenin bu ilin yayında verdiyi müsahibədə Abxaziya müharibəsinin ilkin mərhələsi barədə söylədiyi fikirlər təşkil edir. O, həmin dövrdə gürcü tərəfinin əsir götürmədiyini və əsirlərin yerindəcə güllələndiyini bildirmişdi.

Qeyd edək ki, Giorgi Baramidze özü də 1992-1993-cü illər Abxaziya müharibəsinin iştirakçısı olub. Bioqrafik məlumatlara görə, o, müharibə zamanı hərbi xidmət keçib, Oçamçira rayonu və Suxumi istiqamətində döyüş əməliyyatlarında iştirak edib.
 

Gürcüstan Baş Prokurorluğu isə aparılan istintaqın gürcü silahlı qüvvələri və münaqişənin digər gürcü iştirakçıları tərəfindən əsirlərin güllələnməsi hallarını təsdiqləmədiyini açıqlayıb. İstintaq orqanı Baramidzenin sözlərinin ölkənin beynəlxalq nüfuzuna, müdafiə qüvvələrinin reputasiyasına və dövlət maraqlarına zərər vurduğunu bildirir.


Giorgi Baramidze Mixail Saakaşvili hakimiyyəti dövrünün siyasi simalarından olub. O, 2003-2004-cü illərdə Gürcüstanın daxili işlər naziri, 2004-cü ildə müdafiə naziri vəzifəsində çalışıb, daha sonra Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət naziri olub. 2006-2012-ci illərdə isə Gürcüstan baş nazirinin müavini vəzifəsini tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO