Həmidə Ömərova seçki prosesindən narazıdır – VİDEO

Həmidə Ömərova seçki prosesindən narazıdır – VİDEO

Hazırda oxunan: Həmidə Ömərova seçki prosesindən narazıdır – VİDEO
636168
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xalq artisti Həmidə Ömərova Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən seçki prosesi ilə bağlı narazılığını bildirib.

Bizim.Media xəbər verir ki, sənətçi bu barədə APA TV-yə müsahibəsində danışıb:

"Müstəqil platformanın seçilən nümayəndəsi kimi gözləyirdim ki, mənə söz verəcəklər. Amma nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi. Əgər kinematoqrafçıların bir qismi kiminsə namizədliyini irəli sürürsə, bunu da deməmək lazım idi.

Heyf ki, mən öz fikrimi deyə bilmədim. Alternativin irəli sürülməsinə imkan verilmədi. Mənə söz verilsə idi, öz platformamı deyəcəkdim. Artıq bunun mənası yoxdur. Bütün bunlara baxmayaraq, mən həmişə Kinematoqrafçılar İttifaqının inkişafına xidmət etmişəm və bundan sonra da edəcəyəm".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO