Bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.
Bizim.Media xəbər verir ki, diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.
Diplomatlar Xankəndidə yeni dəmir yolu və avtovağzal kompleksinə baxış keçiriblər. Onlar daha sonra Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinə gəliblər.
Burada qonaqları salamlayan Hikmət Hacıyev çıxış edərək Azərbaycan-Ermənistan sülh prosesindən, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərindən söz açıb.
Daha sonra səfər iştirakçıları Xankəndi şəhərində yaradılan Zəfər parkı ilə tanış olublar.
Diplomatların ziyarət etdiyi növbəti məkan isə Qarabağ Universiteti olub. Universitetin rektoru Şahin Bayramov diplomatik korpusun nümayəndələrinə görülən işlər, tədris prosesi, tələbələr üçün yaradılan imkanlar və gələcək inkişaf istiqamətləri barədə məlumat verib.
Diplomatik korpus nümayəndələri həmçinin Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi Tikiş fabrikində iş prosesinin gedişi ilə yerindəcə tanış olublar.
Qeyd edək ki, 2 gün davam edəcək səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:15 / 11.09.2026
Diplomatik korpus nümayəndələri Xankəndidə - Səfərin ilk günü nələrlə yadda qaldı? – VİDEO
Hazırda oxunan: Diplomatik korpus nümayəndələri Xankəndidə - Səfərin ilk günü nələrlə yadda qaldı? – VİDEO
Hazırda oxunan: Diplomatik korpus nümayəndələri Xankəndidə - Səfərin ilk günü nələrlə yadda qaldı? – VİDEO
636127
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































