FHN ötən sutka dörd nəfər xilas edib

Hazırda oxunan: FHN ötən sutka dörd nəfər xilas edib

55533

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları ötən sutka 35 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma faktı üzrə 4 qəza-xilasetmə əməliyyatları həyata keçiriblər.

FHN-in mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib.

Ötən sutka FHN-in qüvvələri dörd nəfəri xilas ediblər.

Həmçinin Xətai rayonunda bağlı qapı arxasında 1959-cu il təvəllüdlü Hüseynova Gülnarə Mirzəağa qızının cəsədi aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Nazirlik üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO