Ermənistan parlamentində keçirilən ilk iclas gərgin müzakirələrlə yadda qalıb. Müxalifətdəki "Ermənistan" bloku iclas başa çatmamış parlament zalını tərk edib, spiker seçkisi isə növbəti günə təxirə salınıb.
Bizim.Media xəbər verir ki, avqustun 2-də keçirilən iclas 7 iyun 2026-cı il parlament seçkilərindən sonra formalaşan parlamentin ilk toplantısı olub.
İclas zamanı hakim "Vətəndaş Müqaviləsi" Partiyası ilə iki müxalif siyasi qüvvənin deputatları arasında uzun sürən qarşılıqlı ittihamlar səsləndirilib. Bundan sonra "Ermənistan" blokunun deputatları iclas başa çatmadan zalı tərk ediblər.
Saat 18:00-da parlamentin həmin gün üçün işi yekunlaşıb.
Parlamentin sədri vəzifəsinə namizədin müzakirəsi avqustun 3-də saat 10:00-da davam etdiriləcək. Bu posta yeganə namizəd hakim "Vətəndaş Müqaviləsi" Partiyasının irəli sürdüyü Ruben Rubinyandır.
Bizim.Media



































































































