Mahir Emreli Polşa klubunda 2-ci qolunu vurdu - VİDEO

Mahir Emreli Polşa klubunda 2-ci qolunu vurdu - VİDEO

Hazırda oxunan: Mahir Emreli Polşa klubunda 2-ci qolunu vurdu - VİDEO
628939
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Polşanın "Rakuv" klubunda 2-ci qolunu vurub.

Bizim.Media xəbər verir ki, 29 yaşlı hücumçu Ekstraklasanın II turunun "Şlyonsk"la səfər oyununda fərqlənib.

Forvard matçın 60-cı dəqiqəsində hesabı açıb. Qapıçı ilə üzbəüz qalan futbolçu onu da geridə qoyaraq topu boş qapıdan keçirib.

Qeyd edək ki, Mahir Emreli "Rakuv"un heyətində ilk qolunu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Maltanın "Valetta" klubu ilə matçda vurub. Azərbaycanlı futbolçu Polşa klubuna bu yay Almaniyanın "Kayzerslautern" klubundan icarə əsasında keçib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO