Ermənistan parlamentu bu gün onu yeni spiker seçəcək

Ermənistan parlamentu bu gün onu yeni spiker seçəcək

Hazırda oxunan: Ermənistan parlamentu bu gün onu yeni spiker seçəcək

628967

Ermənistan Parlamentinin IX çağırışının ilk sessiyası avqustun 3-də davam edəcək.

Bizim.Media xəbər verir ki, yeni parlamentin ilk sessiyası dünən, avqustun 2-si səhər saatlarında başlayıb və saat 18:00-dək davam edib.

İlk iclas zamanı deputatlar parlamentin sədrinin seçilməsi məsələsinin müzakirəsinə başlayıblar. Bu vəzifəyə yeganə namizəd hakim "Vətəndaş müqaviləsi" Partiyasından deputat Ruben Rubinyandır.

Məsələnin müzakirəsi deputatların fikir mübadiləsi mərhələsində dayandırılıb.

İclas avqustun 3-də saat 10:00-da davam etdiriləcək.

Xatırladaq ki, iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən formalaşan Ermənistan Milli Assambleyasında hakim "Vətəndaş müqaviləsi" Partiyası 64 mandatla təmsil olunur. Parlamentdə, həmçinin müxalif "Güclü Ermənistan" bloku 29, "Hayastan" bloku isə 12 mandat qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO