Dünya çempionatı: Güləşçimiz qızıl medal uğrunda mübarizə aparacaq

Dünya çempionatı: Güləşçimiz qızıl medal uğrunda mübarizə aparacaq

Hazırda oxunan: Dünya çempionatı: Güləşçimiz qızıl medal uğrunda mübarizə aparacaq
628833
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatına yekun vurulacaq.

Bizim.Media  xəbər verir ki, yarışın son günündə Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov (51 kq) qızıl medal uğrunda final görüşünə çıxacaq.

O, həlledici qarşılaşmada iranlı Benyamin Mayvanla üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medal qazanıblar.

Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə dünya çempionatının bürünc medalına sahib olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO