Nürnberq hava limanında kütləvi dava: Türkiyə vətəndaşları reysə buraxılmadı

Nürnberq hava limanında kütləvi dava: Türkiyə vətəndaşları reysə buraxılmadı

Hazırda oxunan: Nürnberq hava limanında kütləvi dava: Türkiyə vətəndaşları reysə buraxılmadı

628922

Almaniyanın Nürnberq hava limanında qeydiyyat növbəsində yaranan mübahisə kütləvi davaya çevrilib. Hadisə nəticəsində 11 sərnişin planlaşdırılan reysə buraxılmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.

Belə ki, cümə günü axşam saatlarında terminalda təxminən 20 nəfərin iştirak etdiyi iki sərnişin qrupu növbədə yer üstündə mübahisə edib. Polis bildirir ki, dava 29 yaşlı Türkiyə vətəndaşının 43 yaşlı həmyerlisini üzündən vurmasından sonra başlayıb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralananlar olsa da, heç kimin xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranmayıb.

Bununla belə, davada iştirak edən 11 nəfər qeydiyyatdan çıxarılıb və həmin reyslə səyahət etmələrinə icazə verilməyib.

Hadisə ilə bağlı araşdırmanı Nürnberq hava limanının sərhəd polisi aparır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO