7 ölkə neft hasilatını günlük 188 min barrel artıracaq

7 ölkə neft hasilatını günlük 188 min barrel artıracaq

Hazırda oxunan: 7 ölkə neft hasilatını günlük 188 min barrel artıracaq

628912

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC ölkələrindən ibarət OPEC+ qrupuna üzv 7 ölkə sentyabr ayından neft hasilatını artırmaqla bağlı razılığa gəlib.

Bizim.Media  xarici mediaya istinadən xəbər verir ki, OPEC-in bəyanatına görə Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Omanın qlobal bazar şərtlərini və proqnozları qiymətləndirmək üçün keçirdiyi onlayn iclasdan sonra bu qərar qəbul edilib.
 

İclasda ölkələrin neft bazarında sabitliyi dəstəkləmək istiqamətindəki ortaq öhdəlikləri çərçivəsində və 2023-cü ilin aprelində elan edilən günlük 1,65 milyon barrellik əlavə könüllü hasilat ixtisarları daxilində, sentyabr ayından etibarən ümumi hasilatın günlük 188 min barrel artırılması razılaşdırılıb.


Qərar çərçivəsində ən yüksək hasilat artımı günlük 62 min barrel olmaqla Səudiyyə Ərəbistanı və Rusiyada reallaşdırılacaq. Gələn ay İraq günlük 26 min barrel, Küveyt 16 min barrel, Qazaxıstan 10 min barrel, Əlcəzair 6 min barrel, Oman isə 5 min barrel hasilat artımına gedəcək.

Qrupun növbəti iclası isə sentyabrın 6-da keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO