Vahid Hacıyev: Qubadlı şəhərində, Mahruzlu və Zilanlı kəndlərində tikinti layihələri icra olunur

Vahid Hacıyev: Qubadlı şəhərində, Mahruzlu və Zilanlı kəndlərində tikinti layihələri icra olunur

Hazırda oxunan: Vahid Hacıyev: Qubadlı şəhərində, Mahruzlu və Zilanlı kəndlərində tikinti layihələri icra olunur

628853

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında salınacaq bütün yaşayış məntəqələri dayanıqlı inkişaf prinsipləri əsasında planlaşdırılıb və biz gündəlik fəaliyyətimizi də məhz bu prinsiplərə uyğun şəkildə həyata keçiririk. Artıq Cəbrayıl və Zəngilan şəhərlərinə, eləcə də Horovlu, Şükürbəyli, Ağalı və Məmmədbəyli kəndlərinə sakinlərin köçü təmin olunub. Hazırda Zəngilan və Cəbrayıl şəhərlərində məskunlaşma prosesi davam edir.

Bizim.Media  xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılışı zamanı çıxışında söyləyib.

O bildirib ki, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində, Qubadlı şəhərində, eləcə də digər kənd və qəsəbələrdə tikinti, yenidənqurma layihələri intensiv şəkildə icra olunur.

“Artıq həmin ərazilərdə minlərlə insan yaşayır, firavan həyat qurur və müxtəlif sahələrdə fəaliyyət göstərərək regionun sosial-iqtisadi inkişafına öz töhfəsini verir”, - deyə xüsusi nümayəndə əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO