Serbiyanın Baş naziri vətəndaşları elektrik enerjisinə qənaət etməyə çağırdı

Serbiyanın Baş naziri vətəndaşları elektrik enerjisinə qənaət etməyə çağırdı

Hazırda oxunan: Serbiyanın Baş naziri vətəndaşları elektrik enerjisinə qənaət etməyə çağırdı

628943

Serbiyanın Baş naziri Curo Matsut isti hava və su elektrik stansiyalarında istehsalın azalması fonunda vətəndaşları yaxın günlərdə elektrik enerjisini qənaətlə xərcləməyə çağırıb.

Bizim.Media bu barədə Serbiya hökumətinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir.
 

Matsutun sözlərinə görə, Dunayda suyun səviyyəsinin son dərəcə aşağı olması və elektrik enerjisi istehlakının artmasına səbəb olan ekstremal istilər səbəbindən enerji sektorunda vəziyyət ciddi olaraq qalır. O qeyd edib ki, qənaətcil istehlak ölkənin enerji sisteminin sabitliyini qorumağa kömək edəcək.


Baş nazir həmçinin bildirib ki, avqustun 3-də Fövqəladə Hallar üzrə Milli Qərargahın təcili iclası keçiriləcək.

Xatırladaq ki, daha əvvəl Dunay çayı üzərindəki "Cerdap-1" və "Cerdap-2" su elektrik stansiyalarının su axınının az olması səbəbindən müvafiq olaraq öz gücünün yalnız 20 %-i və 30 %-i ilə işlədiyi bildirilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO