Gürcüstanda dövlət universitetlərində təhsil pulsuz olacaq

Gürcüstanda dövlət universitetlərində təhsil pulsuz olacaq

Hazırda oxunan: Gürcüstanda dövlət universitetlərində təhsil pulsuz olacaq
628886
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstanda dövlət universitetlərində ali təhsil tələbələr üçün ödənişsiz olacaq. Bununla yanaşı, tələbələrin təhsilə marağını qorumaq üçün xüsusi mexanizmlər tətbiq ediləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Baş nazirin sözlərinə görə, əgər tələbə bir semestr ərzində iki fəndən keçə bilməzsə, bu, onun tədris prosesində kifayət qədər fəal iştirak etmədiyini göstərəcək.

“Pulsuz ali təhsillə bağlı çox aydın qərar qəbul olunub. Gürcüstanda ilk dəfə olaraq dövlət universitetlərində ali təhsil tələbələr üçün tam ödənişsiz olacaq. Bununla yanaşı, tələbələrin motivasiyasını itirməməsi üçün müəyyən mexanizmlər nəzərdə tutulub. Əgər tələbə bir semestr ərzində iki fəndən keçə bilməzsə, bu, onun tədris prosesinə lazımi səviyyədə cəlb olunmadığını göstərir. Belə hallarda üçüncü semestrdən etibarən dövlət maliyyələşdirilməsi azaldılacaq. Bu tədbirin yeganə məqsədi tələbələrin motivasiyasını artırmaqdır”, – deyə Kobaxidze bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO