Avropada "Könüllülər koalisiyası" dağılır?

Avropada "Könüllülər koalisiyası" dağılır?

Hazırda oxunan: Avropada "Könüllülər koalisiyası" dağılır?

628928

Böyük Britaniya və Fransanın təşəbbüsü ilə yaradılan **"Könüllülər koalisiyası"nın gələcəyi Avropada narahatlıq doğurur. Səbəb isə koalisiyanın əsas təşəbbüskarları olan liderlərin siyasi səhnədən ayrılmasıdır.

Bizim.Media xəbər verir ki, bu barədə The Telegraph nəşri yazıb.

Məlumata görə, 30-dan çox ölkəni birləşdirən koalisiyanın əsas məqsədləri Ukrayna üçün uzunmüddətli təhlükəsizlik təminatlarının hazırlanması, mümkün atəşkəsdən sonra çoxtərəfli missiyanın yaradılması, hərbi yardımın əlaqələndirilməsi və Rusiyanın "kölgə donanması"na qarşı birgə tədbirlərin görülməsidir.
 

Nəşr bildirir ki, Böyük Britaniyanın keçmiş baş naziri Kir Starmer artıq vəzifəsini tərk edib, Fransa Prezidenti Emmanuel Makron isə gələn il səlahiyyət müddətini başa vuracaq və yenidən namizəd ola bilməyəcək. Məhz bu iki siyasətçi koalisiyanın əsas siyasi təşəbbüskarları hesab olunurdu.


Qəzet qeyd edir ki, hazırda onları əvəz edəcək aydın lider görünmür. Almaniya kansleri Fridrix Merts daxili siyasi problemlərlə üzləşib, Polşanın Baş naziri Donald Tusk və İtaliyanın Baş naziri Corca Meloni isə koalisiyaya rəhbərlik etməyə hazır görünmürlər.

Bundan başqa, Fransada növbəti prezident seçkilərinin favoritləri hesab olunan Marin Le Pen və Jan-Lük Melenşon əvvəllər Rusiyaya münasibətdə daha yumşaq siyasətin tərəfdarı olduqlarını bildirmiş və Ukraynaya dəstək kursunu tənqid etmişdilər.

The Telegraph yazır ki, Böyük Britaniya rəsmiləri artıq Fransada hakimiyyət dəyişikliyinin koalisiyanın gələcəyinə, London-Paris əməkdaşlığına və kəşfiyyat məlumatlarının mübadiləsinə mümkün təsirlərini qiymətləndirirlər. NATO-da da Moskvaya daha yumşaq yanaşan siyasətçilərin hakimiyyətə gəlməsinin Avropanın Ukraynaya dəstəyini ciddi şəkildə dəyişə biləcəyindən narahatlıq ifadə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO