"Qarabağ"ın "Dinamo Kiyev"lə səfər matçı üçün biletlər satışa çıxarıldı

"Qarabağ"ın "Dinamo Kiyev"lə səfər matçı üçün biletlər satışa çıxarıldı

Hazırda oxunan: "Qarabağ"ın "Dinamo Kiyev"lə səfər matçı üçün biletlər satışa çıxarıldı
628916
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Dinamo Kiyev" - "Qarabağ" matçı üçün ayrılmış biletlər bu gündən onlayn satışa çıxarılır.

Bizim.Media xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat verib.

Qeyd olunub ki, Lyublin şəhərinin "Arena Lublin" stadionunda keçiriləcək oyunun "Qarabağ" azarkeşləri üçün ayrılmış biletlərin qiyməti 49 Polşa zlotısı (23 AZN) təşkil edir.
 

Azarkeşlərdən bilet alarkən e-mail ünvanlarını düzgün qeyd etmələri və bilet əldə edən şəxslərdən stadiona gələrkən şəxsiyyətlərini təsdiq edən sənədi özləri ilə gətirmələri xahiş olunur.


Biletləri //lublin.ticketsbox.com/en/event/away-fans-fc-dynamo-kyiv-qaraba-fk.html ünvanından əldə etmək olar.

Qeyd edək ki, "Dinamo" (Kiyev, Ukrayna) - "Qarabağ" matçı avqustun 6-ı Bakı vaxtı ilə 21:00-da, yerli vaxtla isə 19:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO