Hündürboylu qadınlar üçün pis xəbər - Bu xəstəliklərin riski 3 dəfə çoxdur

Hazırda oxunan: Hündürboylu qadınlar üçün pis xəbər - Bu xəstəliklərin riski 3 dəfə çoxdur

53493

Hündürboylu qadınlarda insult və ürək çatışmazlığı riski alçaqboylu qadınlarla müqayisədə 3 dəfə çoxdur.

Bizim.Media “The Daily Mail” nəşrinə istinadən xəbər verir ki, 30 il ərzində 1,5 mln qadın haqqında məlumatları təhlil etdikdən sonra Höteborq Universiteti (İsveç) alimləri belə qərara gəlib.

Onların fikrincə, bunun səbəbi hündürboylu qadınlarda ürək kameralarının ölçülərinin daha böyük olmasıdır. Bu da ürək və damarlarla bağlı olan riskini artırır.

Bundan əlavə bədən çəkisi 76 kq-dan artıq olan qadınlar da ürək-damar xəstəliklərinə görə risk qrupundadır.
Mütəxəssislər qeyd edir ki, ürək və damar xəstəliklərindən qorunmaq üçün hündürboylu qadınlar bədən çəkisini daim normada saxlamalıdır.

Bundan əvvəl Almaniya alimləri tərəfindən keçirilmiş  araşdırma göstərib ki, hündürboylu insanlarda xərçəngin riski daha çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO