CENTCOM rəhbəri husilərə görə təcili Səudiyyəyə yollandı

CENTCOM rəhbəri husilərə görə təcili Səudiyyəyə yollandı

Hazırda oxunan: CENTCOM rəhbəri husilərə görə təcili Səudiyyəyə yollandı
636164
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper Yəməndə husilərin əldə etdiyi böyük hərbi irəliləyişlərdən sonra məsləhətləşmələr aparmaq üçün Səudiyyə Ərəbistanına yollanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Axios” jurnalisti Barak Ravid mənbələrə istinadən məlumat yayıb.

“Admiral Bred Kuper cümə axşamı Yəməndə husilərin hücumu ilə bağlı təcili məsləhətləşmələr aparmaq üçün Səudiyyə Ərəbistanına uçub”, – deyə o, “X” sosial şəbəkəsində yazıb.
 

Bundan əvvəl “Axios” öz mənbələrinə istinadən bildirmişdi ki, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman sentyabrın 11-də ABŞ Prezidenti Donald Trampa iki dəfə zəng edərək husilərə zərbələr endirməyə çağırıb. Lakin ABŞ lideri bu çağırışı rədd edib.


Qeyd edək ki, husilərin bir neçə yaşayış məntəqəsini ələ keçirdiyi və hazırda Yəmənin Qırmızı dəniz sahillərinə tam nəzarət etdiyi barədə məlumatlar yayılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO