Tramp husilərə zərbə endirməkdən İMTİNA ETDİ

Tramp husilərə zərbə endirməkdən İMTİNA ETDİ

Hazırda oxunan: Tramp husilərə zərbə endirməkdən İMTİNA ETDİ
636136
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın Yəməndə husilərə zərbələr endirmək xahişini rədd edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Tramp husilərə zərbə endirməkdən imtina edib, ABŞ administrasiyasının nümayəndələri isə hazırda husilərlə münaqişəyə birbaşa müdaxilə etməyi planlaşdırmadıqlarını bildiriblər.

Jurnalistlərin məlumatına görə, Məhəmməd bin Salman husilərin mövqelərinə zərbə endirilməsini xahiş etmək üçün sentyabrın 10-da Trampa iki dəfə zəng edib.

Bundan əvvəl Yəmənin şimalında hakim olan şiə “Ənsar Allah” hərəkatının (husilər) tərəfində döyüşən qüvvələr strateji əhəmiyyəli Moha şəhərinə və Qırmızı dənizdəki bütün adalara nəzarəti ələ keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO