Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin İLK GÜNÜ başa çatdı - VİDEO

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin İLK GÜNÜ başa çatdı - VİDEO

Hazırda oxunan: Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin İLK GÜNÜ başa çatdı - VİDEO

636155

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günündə Xankəndi və Şuşa şəhərlərində bir sıra məkanlara baxış keçirilib.

Bizim.Media xəbər verir ki, səfər proqramına uyğun olaraq diplomatik korpusun nümayəndələri əvvəlcə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində aparılan işlərlə tanış olublar.

İştirakçılara kompleksdə görülən işlər barədə məlumat verilib.

Daha sonra Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzi ziyarət edilib. Burada Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev səfər iştirakçılarını salamlayıb.

Diplomatik korpusun nümayəndələri "Zəfər" parkını ziyarət edib, Zəfər tağı qarşısında xatirə şəkli çəkdiriblər. Səfər çərçivəsində Qarabağ Universiteti ilə də tanışlıq olub. Universitetdə yaradılan şərait və onun fəaliyyəti barədə səfər iştirakçılarına məlumat verilib.
 

Daha sonra diplomatik korpusun nümayəndələri Xankəndi şəhərində fəaliyyət göstərən "AzCotton" MMC-nin tikiş fabrikini ziyarət edib, müəssisənin fəaliyyəti ilə tanış olublar. Səfər Şuşa şəhərində davam edib. Diplomatik korpusun nümayəndələrinə şəhərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib.


Diplomatlar Yeni Şuşa məscidinin tikintisinə baxış keçiriblər. Daha sonra Cıdır düzü, Qarabağ küçəsi və Şuşa mərkəzi meydanı, həmçinin "Sadıqcanın evi" və Yuxarı Gövhər ağa məscidi ziyarət edilib. Şuşa mərkəzi meydanında yerləşən güllələnmiş büstlərə də baxış keçirilib.

Diplomatlar Şuşa Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış olublar. Ardınca Şuşa qala divarlarına səfər edilib, qala divarları qarşısında xatirə şəkli çəkilib.

Diplomatik korpusun nümayəndələri birinci yaşayış məhəlləsində yaradılmış şəraitlə tanış olublar və Şuşa sakinləri ilə görüşüblər. Səfər iştirakçıları Meksika Birləşmiş Ştatlarının Müstəqillik Günü münasibətilə Şuşada təşkil olunmuş rəsmi qəbulda iştirak ediblər. Səfər sentyabrın 12-də davam etdiriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO