İspaniya sahillərində rekord istilik: Suyun temperaturu 33 dərəcəyə çatdı

İspaniya sahillərində rekord istilik: Suyun temperaturu 33 dərəcəyə çatdı

Hazırda oxunan: İspaniya sahillərində rekord istilik: Suyun temperaturu 33 dərəcəyə çatdı
636153
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu yay İspaniyanın Atlantik okeanı sahillərində və Aralıq dənizi sahillərində suyun temperaturu rekord həddə çatıb.

Bizim.Media bu barədə Qərb KİV-lərinin yaydığı məlumata istinadla xəbər verir. 

Məlumata görə, temperaturun monitorinqi üçün istifadə olunan bir neçə dəniz şamandırası rekord göstəricilər qeydə alıb.

Belə ki, Balear adaları yaxınlığında yerləşən şamandıra avqustun 5-də 33,02 dərəcə Selsi temperatur göstərib. Bu, aparılan müşahidələrin bütün tarixində qeydə alınan ən yüksək göstəricidir.

İspaniyanın şimal-şərqində, Barselona və Tarraqona şəhərləri yaxınlığındakı sahil şamandıraları isə avqustun 9-da müvafiq olaraq 30,5 və 30,7 dərəcə Selsi temperatur qeydə alıb.

Rekord göstəricilər şimal sahillərində yerləşən Biskay körfəzində də qeydə alınıb. Pasajes şəhəri yaxınlığında suyun temperaturu 28,4 dərəcəyə çatıb.

Yay aylarında İspaniyada son dərəcə isti hava hökm sürüb. Ölkənin bir çox bölgəsində temperatur rekordları qeydə alınıb. Yüksək temperatur səbəbindən İspaniyada meşə yanğınları baş verib. Avropa Meşə Yanğınları Məlumat Sisteminə görə, yanğınlar təxminən 300 min hektar meşəni məhv edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO