Dnepr Rusiyanın kütləvi hücumuna məruz qaldı: yaralananlar var - VİDEO

Dnepr Rusiyanın kütləvi hücumuna məruz qaldı: yaralananlar var - VİDEO

Hazırda oxunan: Dnepr Rusiyanın kütləvi hücumuna məruz qaldı: yaralananlar var - VİDEO

636156

Sentyabrın 11-də günorta saatlarında Dnepr şəhəri yenidən Rusiyanın kütləvi hücumuna məruz qalıb. İlkin məlumata görə, hadisə nəticəsində insanlar yaralanıb, yaşayış evlərinə ziyan dəyib.

Bizim.Media xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Dnepr şəhərinin meri Boris Filatovun “Telegram” kanalındakı açıqlamasına və Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Qanjinin paylaşımına istinadən məlumat yayıb.

Qanjinin sözlərinə görə, düşmənin hücumu nəticəsində Dneprdə 12 nəfər yaralanıb.

“Hamısı həkimlərin nəzarətindədir”, – deyə o əlavə edib.

Həmçinin özəl müəssisəyə və qarajlara ziyan dəyib.

“Partlayış dalğasının təsiri ilə yaxınlıqdakı yaşayış evlərinin pəncərələri sınıb”, – Qanji bildirib.

Məlumata görə, Rusiyanın hücumu nəticəsində Dneprdə ən azı 9 yaşayış binasına ziyan dəyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO