İlham Əliyev Zəngilanda hansı radioya qulaq asdı? - Araşdırma

Hazırda oxunan: İlham Əliyev Zəngilanda hansı radioya qulaq asdı? - Araşdırma

42698

Xəbər verdiyimiz kimi  Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan rayonunda səfərdə olublar.

Bizim.Media xəbər verir ki, Birinci xanım Mehriban Əliyeva Zəngilan səfəri barədə öz Instagram səhifəsində paylaşım edib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev radioda “Ey Vətən” mahnısını dinlədi - VİDEO


Videoda Prezident İlham Əliyevin " Ey Vətən" mahnısını dinləməsi əks olub. Burada diqqət çəkən məqam isə, Prezident İlham Əliyevin dinlədiyi radiotezlik olub. Belə ki, ekranda əks olunan radiotezlik 100.5 Fm göstərib. Videogörüntü sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Belə ki, istifadəçilər Ölkə başçısının Bürc FM radiosunu dinləməsini iddia ediblər.

Bizim.Media-nın apardığı araşdırmadan isə məlum olub  ki, Prezident İlham Əliyevin dinlədiyi radio Azərbaycan radiosu olub. 

Azərbaycan radiosu Bakıda 105.0 Fm, Zəngilan da isə yeni qurulan qüllədə 100.5 FM tezliyində yayımlanır.
 

Araşdırmadan əldə etdiyimiz məlumatı Azərbaycan radiosundan təsdiqləyiblər. Bildirilib ki, həqiqətəndə Zəngilanda yeni qurulan qüllə vasitəsilə Azərbaycan radiosu 100.5 radiotezliyində yayımlanır.  


20 oktyabr günorta saat 12:12-də isə radionun efirində İlhamə Qasımovanın ifasında " Ey Vətən" mahnısı səslənib. 

Vüsalə Balayeva, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO