
- A-
- A
- A+
Paşinyanın “adamı” küçədə partiya sədrinə söyüş söydü - VİDEO
Vətəndaşla "Parlaq Ermənistan" partiyasının lideri, Ermənistan parlamentinin keçmiş deputatı Edmond Marukyan arasında insident baş verib.
Bizim.Media xəbər verir ki, bu haqda görüntülər sosial şəbəkələrdə yerləşdirilib.
Mənbə yazır ki, vətəndaş Marukyandan niyə Ermənistana xidmət etmədiyini soruşub. Sonra aralarında dava düşüb, qarşılıqlı təhqirlər səsləndirilib.
Edmon Marukyan hadisə zamanı heç bir dava olmadığını bildirib. O, vətəndaşın ona yaxınlaşaraq təhqiramiz ifadə işlətdiyini və buna cavab verdiyini qeyd edib.
Partiya sədri hesab edir ki, vətəndaş öz səhvini başa düşüb, nəticədə hadisə ciddi davaya çevrilməyib: “Adam təbliğatın təsiri altında idi. “Facebook”a girirlər, təhqir yazırlar və küçədə də eyni şeyi edə biləcəklərini düşünürlər”.
Edmon Marukyan vətəndaşın sözlərindən başa düşüb ki, o, indiki Paşinyan hakimiyyətinin tərəfdarıdır.
"Həmişə tənqid etdiyimiz şeylərdən narazı idi" deyə keçmiş deputat izah edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































