İsrail tanklarını bu bölgəyə göndərdi – yeni MÜHARİBƏ OCAĞI yaranır - VİDEO

İsrail tanklarını bu bölgəyə göndərdi – yeni MÜHARİBƏ OCAĞI yaranır - VİDEO

Hazırda oxunan: İsrail tanklarını bu bölgəyə göndərdi – yeni MÜHARİBƏ OCAĞI yaranır - VİDEO
41376
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsrail tankları Qolan təpələrinə daşınıb. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Azad İran” Teleqram kanalı “Russia al-Youm” nəşrinə istinadən yayıb.

Mənbə yazır ki, İsrail son vaxtlar Qolan təpələrində hərbi fəallığını artırır və tanklarını bu bölgəyə göndərir.

Xatırladaq ki, Qolan platosu adı ilə də tanınan və İsrailin şimali-şərq ərazilərində yerləşən Qolan təpələri Livan, İordaniya və Suriya ilə sərhəddədir. Ərazidə zəngin su qanyaqları var.
 

MÖVZU İLƏ BAĞLI:

İsrailin baş naziri: “İranın bu bölgədə varlığına son qoyulmalıdır”


Qolan təpələri Suriyanın ərazisində yerləşsə də, 1967-ci ildə baş verən 6 günlük müharibə zamanı İsrail tərəfindən ələ keçirilib.

1981-ci ildə İsrail Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan edib. Beynəlxalq təşkilatlar isə, bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi hesab edir.

25 mart 2019-cu ildə ABŞ Qolan təpələrini İsrailin ərazisi kimi tanıyan ilk dövlət olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO