İt döyüşləri üzrə “ölkə çempionatı”nın təşkilatçıları saxlanıldı – GÖYGÖLDƏ ƏMƏLİYYAT - VİDEO

İt döyüşləri üzrə “ölkə çempionatı”nın təşkilatçıları saxlanıldı – GÖYGÖLDƏ ƏMƏLİYYAT - VİDEO

Hazırda oxunan: İt döyüşləri üzrə “ölkə çempionatı”nın təşkilatçıları saxlanıldı – GÖYGÖLDƏ ƏMƏLİYYAT - VİDEO
41329
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən it döyüşlərinin təşkil edildiyini əks etdirən videogörüntülər yayılmışdı.

Bizim.Media xəbər verir ki, polisin keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində həmin videogörüntülərin Göygöl rayonunda qeydə alındığı müəyyən edilib.

Tədbir zamanı həmin it döyüşləri təşkil edən Gəncə şəhər sakini Rəşad Ələsgərov, eləcə də digər 4 nəfər – Hüsey Mirzəyev, Vasif Ələsgərov, Hüseyn Məmmədov və Yasin Qarayev saxlanılıblar. 
 

MÖVZU İLƏ BAĞLI:

DİN: "Göygöldə qanunsuz it yarışlarının keçirilməsi nəzarətə götürüldü” - FOTO-VİDEO


Həmin şəxslər izahatlarında Göygöl rayonu ərazisində qeyd edilən döyüşləri təşkil etdiklərini və orada iştirak etmək üçün hər bir itin sahibindən 200 manat pul aldıqlarını bildiriblər. 

Qeyd edək ki, saxlanılan şəxslərin etdikləri əmələ hüquqi qiymət veriməsi üçün onlar barəsində toplanan materiallar məhkəmə orqanlarına göndəriləcək. Həmin it yarışında iştirak edən digərlərinin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO