Yaponiya vəlihədinin qızı şahzadə titulunu itirdi

Hazırda oxunan: Yaponiya vəlihədinin qızı şahzadə titulunu itirdi

4109

Bizim.Media “BBCnews” – a istinadən xəbər verir ki, Yaponiya Şahzadəsi Fumihitonun qızı tələbə yoldaşı ilə ailə həyatı qurmağa hazırlaşır. Əsilzadə olmayan şahzadənin gələcək əri yaponiyanın adi vətəndaşlarındadır.

Şahzadə Mako ilə Keyi Kumouru 2017-ci ildə nişanlandıqlarını elan ediblər. 2018-ci ildə evlənəcəkləri deyilsə də onların evliliyi baş tutmayıb və toy 2020 - ci ilə qədər təxirə salınıb. 

Hazırda toy mərasiminin nə vaxt keçiriləcəyi məlum deyil. Şahzadə Fumihito və Şahzadə Kikonun böyük qızı olan Şahzadə Mako, toydan sonra krallıq titulunu itirəcək. Buna baxmayaraq Şahzadə Mako tələbə yoldaşı ilə evlənməyə hazırdır.

“Əgər onlar bir-birlərini sevirlərsə düşünürəm ki buna hörmət etməliyəm” – deyə Makonun atası Şahzadə Fumihito bildirib. 

Onu da deyək ki, Şahzadə Mako, sadə vətəndaşla evlənərək tituldan imtina edən Yapon imperatoru ailəsinin ilk üzvü deyil.

Aliyə İlyas, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO