Azərbaycan və Türkiyə Baş Qərargah rəisləri GÖRÜŞDÜ - VİDEO

Azərbaycan və Türkiyə Baş Qərargah rəisləri GÖRÜŞDÜ - VİDEO

Hazırda oxunan: Azərbaycan və Türkiyə Baş Qərargah rəisləri GÖRÜŞDÜ - VİDEO
36695
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı rəisi ordu generalı Yaşar Gülər Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev ilə görüşüb.

Bizim.Media xəbər verir ki, məlumatı “Anadolu" agentliyi yayıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ilk xarici səfəri məhz qardaş Türkiyə Respublikasına həyata keçirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Kərim Vəliyev Ankarada Heydər Əliyev Parkını ziyarət etdi - FOTO


Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır. 

Görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Səfər sentyabrın 14-dək davam edəcək.

Bizim.Media
 



Azərbaycan və Türkiyə Baş Qərargah rəisləri GÖRÜŞDÜ - VİDEO - foto 1
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO