Azərbaycanlı millət vəkilləri Şimali Kiprə gedir – İLK RƏSMİ SƏFƏR

Azərbaycanlı millət vəkilləri Şimali Kiprə gedir – İLK RƏSMİ SƏFƏR

Hazırda oxunan: Azərbaycanlı millət vəkilləri Şimali Kiprə gedir – İLK RƏSMİ SƏFƏR
28643
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanlı millət vəkillərinin Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcəyi bildirilib.

Bizim.Media xəbər verir ki, Türkiyə parlamentinin xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıç Milli Məclisin nümayəndə heyəti ilə keçirilən görüşdə məsələ ilə bağlı məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Böyük Britaniyadan sensasion açıqlama: “Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıyacağıq”


Kılıçın sözlərinə görə, nümyədə heyəti iyulun 16-da ŞKTC-yə səfər edəcək. Qeyd edək ki, sözügedən səfər Azərbaycan rəsmilərinin bölgəyə ilk ziyarəti olacaq. 

Komissiya sədri çıxışı zamanı qardaş ölkəyə təşəkkür etməyi də unutmayıb:

“Azərbaycan nümayəndə heyətinin Lefkoşaya səfər etməsi dünya üçün vacib mesaj olacaq. Bu qardaş ölkə rəsmilərinin adanın şimalına ilk ziyarətidir. Heyət Kiprdə sülhməramlı əməliyyatların başlamasının 47-ci ildönümü və 20 iyul Sülh və Azadlıq Günü münasibətilə keçiriləcək tədbirdə iştirak edəcək. Bu vacib addım üçün sizlərə minnətdarıq. Sizin ziyarətiniz Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlığın növbəti nümayişidir”.

Qeyd edək ki, Şimali Kipr Türk Respublikası BMT tərəfindən müstəqil dövlət olaraq tanınmır.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO