Bakı, Sumqayıt, Abşeronda pensiyalar bu tarixdə veriləcək

Bakı, Sumqayıt, Abşeronda pensiyalar bu tarixdə veriləcək

Hazırda oxunan: Bakı, Sumqayıt, Abşeronda pensiyalar bu tarixdə veriləcək
274573
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənilməsi tarixi açıqlanıb.

Bizim.Media “milli.az”a istinadla xəbər verir ki, pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının 10-da ödəniləcək.
 

Daha sonra isə qrafikə uyğun olaraq respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.


Qeyd edək ki, 2025-ci ilin iyulun 1-i vəziyyətinə əsasən, Azərbaycanda Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 103,3 min pensiyaçı qeydiyyatdadır. Bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Bu rəqəm ötən ilin eyni dövrünə nisbətən artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO