Sumqayıtlılara şad xəbər -İŞSİZLİYƏ SON...

Sumqayıtlılara şad xəbər -İŞSİZLİYƏ SON...

Hazırda oxunan: Sumqayıtlılara şad xəbər -İŞSİZLİYƏ SON...

270964
Sumqayıt şəhərində yeni istehsal müəssisələri yaradılacaq.

Moderator.az-ın məlumatına görə, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, Sumqayıt şəhərində iplik istehsalı müəssisəsinin qurulması, sabun və gigiyenik məhsullar, sellüloz, müxtəlif profnastillər və kaset panellər, şərab şüşələri və tara istehsalı, logistika mərkəzinin yaradılması planlaşdırılır.

Bununla yanaşı, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin inkişaf etdirilməsi istiqamətində də addımlar atılacaq. Belə ki, orada şüşə və saxsı məmulatlar istehsalı zavodunun tikintisi, müasir tipli dam örtükləri və fasad üçün düz lövhələr, termoformasiya metodu ilə vərəqə şüşə istehsalı, yun əyirici-boyaq fabrikinin və sənayedə geniş istifadə olunacaq polimerdən kisə və torbaların istehsalı müəssisəsinin tikintisinin başa çatdırılması nəzərdə tutulur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO