Avropa İttifaqından ABŞ-a TƏHDİD – “Razılaşmadan imtina edə bilərik”

Avropa İttifaqından ABŞ-a TƏHDİD – “Razılaşmadan imtina edə bilərik”

Hazırda oxunan: Avropa İttifaqından ABŞ-a TƏHDİD – “Razılaşmadan imtina edə bilərik”
267769
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa Komissiyasının sədr müavini, Aİ-nin rəqabət məsələləri üzrə komissarı Terresa Ribera bəyan edib ki, əgər ABŞ prezidenti Donald Tramp Avropa İttifaqının Rəqəmsal Xidmətlər Qanununa dəyişiklik edilməsini tələb etməkdə israr etsə, Brüssel Vaşinqtonla ticarət sazişindən imtina etməyə hazır olmalıdır.

Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.
 

Riberanın sözlərinə görə, Aİ nümayəndələri ötən ayın sonunda razılaşdırılmış ticarət razılaşmasının imzalanması zamanı Vaşinqtona qarşı “nəzakətli” yanaşma nümayiş etdiriblər.


O xəbərdarlıq edib ki, Avropa bloku ABŞ-ın təzyiqi ilə Rəqəmsal Xidmətlər Qanunu və Rəqəmsal Bazarlar Qanunu kimi əsas texnoloji aktların yumşaldılmasına razı olmamalıdır.
 

“Biz mehriban, nəzakətli ola, problemlərə və fikir ayrılıqlarına həll yolları axtara bilərik, lakin onların (ABŞ-ın) tələb etdiyi ilə razılaşa bilmərik”, — Ribera vurğulayıb.


Xatırladaq ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Tramp ilə əldə olunan sazişi sabitlik baxımından yüksək qiymətləndirmişdi. Lakin bir neçə həftə sonra ABŞ prezidenti texnologiya şirkətlərinə dair vergi, qayda və qanunlarla “diskriminasiya” edən ölkələrə qarşı tarif və ixrac nəzarəti tətbiq etməklə hədələmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO