Azərbaycan 4 ildən sonra həmin müsabiqəyə qayıdır

Azərbaycan 4 ildən sonra həmin müsabiqəyə qayıdır

Hazırda oxunan: Azərbaycan 4 ildən sonra həmin müsabiqəyə qayıdır

265691

Azərbaycan bir neçə illik fasilədən sonra “Uşaq Avroviziyası” mahnı müsabiqəsinə qayıdır.

Bizim.Media xəbər verir ki, bu haqda müsabiqənin ölkəmizdəki lisenziyalı yayımçısı İTV məlumat yayıb.

Bildirilir ki, artıq təmsilçi seçimlərinə start verilib. Yarışmada 9–14 yaş qrupundan olan uşaqlar iştirak edə biləcəklər.
 

Seçim mərhələsində Azərbaycan və xarici dildə olmaqla iki fərqli mahnı video formatda təqdim edilməlidir. İlkin mərhələdə təqdim olunan videolar arasından ən parlaq ifaçılar seçiləcək. Daha sonra 6 peşəkar münsif onların səhnə mədəniyyəti, səs imkanları və xarizmasını qiymətləndirəcək.


Və yalnız bir nəfər Azərbaycanı bu müsabiqədə təmsil etmək hüququ qazanacaq.

Qeyd edək ki, sayca 23-cü “Uşaq Avroviziya”sı 13 dekabrda Gürcüstanın paytaxtı Tbilisidə baş tutacaq.

Xatırladaq ki, ölkəmizi bu yarışmada sonuncu dəfə 2021-ci ildə Sona Əzizova “One of those days” mahnısı ilə təmsil edib. O, 151 xalla beşinci yeri tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO