Ağsuda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu – VİDEO

Ağsuda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu – VİDEO

Hazırda oxunan: Ağsuda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu – VİDEO

265533

Ağsuda narkotik istifadəçisi olan sürücü həbs olunub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə “Toyota” markalı avtomobilin sürücüsü Fərəc İsgəndərzadə işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün ona “saxla” işarəsi verilib.

Ancaq F.İsgəndərzadə polisə tabesizlik göstərərək ərazidən uzaqlaşıb.
 

Keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb və müayinə zamanı onun narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyi müəyyənləşib.


F.İsgəndərzadə barəsində toplanmış material baxılması üçün rayon məhkəməsinə göndərilib və o, 15 gün müddətinə inzibati qaydada həbs olunub.


Bizim Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO