Fərid Qayıbov xaricdə yaşayan azərbaycanlı idmançılarla görüşdü - FOTO

Fərid Qayıbov xaricdə yaşayan azərbaycanlı idmançılarla görüşdü - FOTO

Hazırda oxunan: Fərid Qayıbov xaricdə yaşayan azərbaycanlı idmançılarla görüşdü - FOTO

263568

Gənclər və idman naziri Fərid Qayıbov xaricdə yaşayan Azərbaycan əsilli idmançılarla görüşlər keçirib.

Bizim.Media xəbər verir ki, Tokio və Parisdə Yay Olimpiya Oyunlarının gümüş medallarını qazanmış güləşçi, hazırda Ukraynanı təmsil edən Pərviz Nəsibov görüş zamanı gələcək karyerası barədə məlumat verib.
 

ABŞ-da peşəkar boksla məşğul olmuş Rüfət Bakı (İsrafilbəyov) Vətəndən uzaqda yaşamasına və döyüşməsinə baxmayaraq, Azərbaycan bayrağını uca tutub və özünə Bakı ləqəbini seçib.


Qeyd edək ki, Rüfət Bakı karyerası boyunca keçirdiyi 24 döyüşün 22-də qalib gəlib.

Nazir Fərid Qayıbov hər iki idmançının beynəlxalq arenalarda qazandıqları uğurları yüksək dəyərləndirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO