Qurban Qurbanov: “Mərhələni keçən komanda hələ bəlli deyil”

Qurban Qurbanov: “Mərhələni keçən komanda hələ bəlli deyil”

Hazırda oxunan: Qurban Qurbanov: “Mərhələni keçən komanda hələ bəlli deyil”

262358

“"Qarabağ" "Şelburn"la matçda az güc sərf edib, yaxşı oyun sərgiləməyi planlaşdırır”.

Bizim.Media xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Bakıdakı qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:
 

"Bəzi üstünlüklərimiz var. Lakin ciddi rəqibə qarşı oynayacağıq. İnşallah, sabah daha az güc sərf edib, yaxşı oyun sərgiləyəcəyik. Mərhələni keçən komanda bəlli deyil. Hələ cavab qarşılaşması var".


Qeyd edək ki, “Qarabağ” - “Şelburn” matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Dublində baş tutan ilk oyun Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO