Xərçəng müalicəsində yeni ÜSUL

Xərçəng müalicəsində yeni ÜSUL

Hazırda oxunan: Xərçəng müalicəsində yeni ÜSUL

261920

UC San Diego Universitetində aparılan yeni tədqiqat qaragözlü noxudlarda rast gəlinən CPMV (“Cowpea Mosaic Virus”) virusunun xərçəngə qarşı immunoterapiyada güclü potensiala malik olduğunu ortaya çıxarıb.

Bizim.Media “Science Daily” saytına istinadən xəbər verir ki, “Cell Biomaterials” jurnalında yayımlanan araşdırmaya əsasən, CPMV virusu insan hüceyrələrinə yoluxmur, lakin immun sistemini aktivləşdirərək xərçəng hüceyrələrini tanıyıb məhv etməyə yönləndirir.

Siçanlar və bəzi itlər üzərində aparılan testlərdə virusun antişiş təsiri sübut olunub.

Tədqiqat rəhbəri professor Nikol Steinmetz bildirib ki, CPMV digər bitki virusları ilə müqayisədə immun sistemini daha güclü şəkildə stimullaşdırır.
 

Virus həm doğuşdan gələn, həm də adaptiv immun reaksiyaları hərəkətə gətirir, uzunmüddətli immun yaddaş formalaşdırır və metastatik şişlərlə mübarizəni gücləndirir.CPMV-nin ən önəmli üstünlüklərindən biri isə ucuz və ekoloji cəhətdən davamlı istehsal imkanlarıdır.


Virus bitkilərdə günəş, su və torpaqdan istifadə etməklə yetişdirilə bilir ki, bu da onu bahalı immunoterapiya üsullarına alternativ kimi önə çıxarır.

Hazırda virusun klinik sınaqlara hazırlanması prosesi davam edir. Əgər sınaqlarda da uğur əldə olunarsa, bu yanaşma xərçəng müalicəsində yeni bir dövrün başlanğıcı ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO