Joaxim Löv Özbəkistan yığmasının baş məşqçisi olacaq?

Joaxim Löv Özbəkistan yığmasının baş məşqçisi olacaq?

Hazırda oxunan: Joaxim Löv Özbəkistan yığmasının baş məşqçisi olacaq?

259736

Almaniya millisinin sabiq baş məşqçisi Joaxim Löv Özbəkistan yığmasına rəhbərlik edə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Championat.asia məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Özbəkistan Futbol Assosiasiyası artıq 64 yaşlı mütəxəssislə danışıqlara başlayıb. Əgər Löv bu təklifi qəbul edərsə, hazırda komandanın baş məşqçisi olan Timur Kapadze onun məşqçi heyətinə daxil olacaq.

Qeyd edək ki, Özbəkistan milli komandası tarixində ilk dəfə olaraq Dünya Çempionatının final mərhələsinə vəsiqə qazanıb və 2026-cı il Dünya Çempionatında iştirak edəcək. Federasiya rəhbərliyi bu mötəbər turnirdə uğurlu çıxış üçün yığmanı gücləndirmək niyyətindədir.

Joaxim Löv 2006–2021-ci illər ərzində Almaniya yığmasının baş məşqçisi olub. Onun rəhbərliyi altında Almaniya 2014-cü ildə dünya çempionu, 2017-ci ildə isə Konfederasiyalar Kubokunun qalibi olub. Löv Almaniya millisindən ayrıldıqdan sonra heç bir klub və ya milli komanda ilə çalışmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO